13 avqust 2012 15:15
Fərid Quliyev özünə yeni klub tapdı
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Fərid Quliyevin yeni klubu müəyyənləşib. Azerisport.az xəbər verir ki, heç kimin gözləmədiyi bir halda “Sumqayıt”dan kənarlaşdırılan forvard karyerasını “Turan”da davam etdirəcək.
Fərid artıq bu gün komandaya qoşulub. Onunla bir illik müqavilə imzalanacaq.
