13 avqust 2012 15:29
APOEL-in futbolçusu: Neftçi ilə oyun öncəsi buna ehtiyac var idi
Kiprin APOEL klubunun yarımmüdafiəçisi Aldo Adorno Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunlara hazırlıqdan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bizim bir neçə gün istirahət üçün vaxtımız oldu. Çünki növbəti oyunlar öncəsi gücümüzü toplamağa ehtiyac var idi. İndi isə növbəti rəqibimizi öyrənməyə çalışacağıq. Həmçinin öz oyunumuzdakı bəzi çatışmazlıqları da aradan qaldırmağa çalışmalıyıq. APOEL oyundan-oyuna daha da yaxşı təsir bağışlayır. Bütün məşqlərdə var gücümüzlə işləyirik”.