13 avqust 2012 15:38
Fenerbahçe Super Kubokla yanaşı qapıçısını da itirdi
Futbol üzrə Türkiyə milli komandasının və “Fenerbahçe” klubunun qapıçısı Volkan Dəmirəl ən azı 2 ay müddətinə sıradan çıxıb. Azerisport.az xəbər verir ki, 31 yaşlı qolkiper Türkiyə Super Kuboku uğrunda “Galatasaray”la görüşün 15-ci dəqiqəsində zədələnib.
O, Əmrə Çolakın yerlə ötürdüyü topa müdaxilə etmək istərkən, xəsarət alıb. Meydanı xərəkdə tərk edən Dəmirəli Məkrt Günok əvəzləyib. Tibbi müayinə nəticəsində Volkanın çiyninin çıxdığı müəyyənləşib. Zədəli qapıçı Ərzurum xəstəxanalarından birində ilkin müalicə aldıqdan sonra stadiona qayıdıb.
Qeyd edək ki, Ərzurumdakı “Kazım Karabəkir” stadionunda keçirilmiş görüş “Galatasaray”ın qələbəsi ilə yekunlaşıb – 3:2.
