13 avqust 2012 15:47
Neftçinin APOEL ilə ilk matçının başlama saatı açıqlandı
Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kipr APOEL-i ilə ilk oyununun başlama saatı açıqlanıb. Azerisport.az xəbər verir ki, qarşılaşma avqustun 23-də “Dalğa Arena”da keçiriləcək.
Qarşılaşma Çempionlar Liqasının təsnifat mərhələsinin görüşlərində olduğu kimi, saat 21.00-da start götürəcək.
Xatırladaq ki, bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Nikosiyada, GSP Arenada keçiriləcək. Lakin həmin görüşün start saatı hələlik bəlli deyil.
