13 avqust 2012 15:56
Azərbaycan - Estoniya matçının hakimləri açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanı yerli hakimlər idarə edəcək.
Bu barədə məlumatı AFFA yayıb. Məlumatda bildirilir ki, qarşılaşmanın baş hakimi Orxan Məmmədov olacaq. Baş hakimin köməkçiləri Vaqif Musayevlə Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını isə Elvin Əsgərov yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan və Estoniya yığma komandaları arasında oyun avqustun 15-də, saat 20:00-da, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək.
