13 avqust 2012 16:03

“Neftçi ilə ilk oyunumuzun harda keçirilməsinin elə də ciddi önəmi yoxdu”

Kiprin APOEL klubunun idarə heyətinin üzvü Antoniu Takis Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri – Azərbaycan çempionu “Neftçi” barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkə mətbunatına müsahibəsində öncə bunları dilə gətirib:

“Hələlik bizim “Neftçi” barədə kifayət qədər məlumatımız yoxdu. Amma indidən təxmin edirəm ki, bu komanda pley-off mərhələsinə qədər irəliləyibsə, deməli, güclü rəqibdi. Ona görə də bizə bu komanda ilə oyunlara ciddi hazırlaşmaq lazımdı. Son illərdə Avroliqanın bu mərhələsində zəif komandalara rast gəlmək olmur. Bu üzdən də ilk oyuna mümkün qədər ciddi yanaşmalıyıq”.
 
Takisin sözlərinə görə, APOEL Avroliqanın qrup mərhələsinə düşəcək gücdədi: “Ən yaxın zamanda rəqibimiz barədə bütün mümkün məlumatları əldə etməyə çalışacağıq. Bu, bizə pley-off mərhələsini daha yaxşı keçməyə kömək edəcək. Fikrimcə, komandamız tamamilə qrup mərhələsinə vəsiqə qazanacaq gücdədi”.
 
O, komandanın hazırlıq səviyyəsinə də toxunub: “Ümid edirəm ki, APOEL-in oyunu daha da yaxşılaşacaq. Biz məşqçilərimizin və futbolçularımızın imkanlarına bələdik. Amma bundan artıq nəsə deyə bilmərəm”.
 
Məlum olduğu kimi, “Neftçi” ilə APOEL arasındakı ilk oyun püşkə görə Nikosiyada keçirilməli idi. Amma həmin qərar dəyişdirildi və Nikosiya cavab matçını qəbul edəcək. Takis bu məsələyə də münasibət bildirib: “Bunun o qədər də ciddi fərqi yoxdu. Əsas odu ki, biz hər iki qarşılaşmaya hazır olaq. Oyunun harda keçiriləcəyinə görə ağlamağa dəyməz. Biz elə Norveçin “Aalesund” klubu ilə oyunlarda da sübut etdik ki, ilk oyunun harda keçirilməsinin ciddi önəmi yoxdu (hər iki oyunda APOEL qələbə qazanıb – 2:1, 1:0). Odu ki, indiki halda da ciddi fərq görmürəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.