13 avqust 2012 16:15
Yığmamızın Bəhreynlə oyunu canlı yayımda
Məlum olduğu kimi, avqustun 15-də futbol üzrə Azərbaycan və Bəhreyn yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma canlı yayımlanacaq.
Bu barədə AFFA məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan – Bəhreyn oyunu İdman Azərbaycan televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Bundan əlavə görüş AFFA-nın internet televiziyası ilə də yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan – Bəhreyn oyunuİsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.
