13 avqust 2012 17:01
“Neftçi ilə Bakıdakı oyunumuza xüsusi hazırlıq lazımdı”
Kiprin APOEL klubunun mətbuat xidmətinin rəhbəri Panikos Xatsiliasis Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri – Azərbaycan çempionu “Neftçi” barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Favorit meydanda bəlli olacaq. Əgər sən öz üstünlüyünü meydanda nümayiş etdirə bilmirsənsə, deməli işini çətinə salmış olursan. Biz hansısa xoş təsadüfə yox, öz oyunçularımıza ümidliyik. “Neftçi” bizim üçün naməlum komandadı. Çalışırıq ki, onlar haqda mümkün qədər çox məlumat əldə edək.
Bakıdakı oyunun xüsusi çətinlikləri olacaq. Süni meydan, hava şərtləri, müsəlman ölkəsi... Bizə xüsusi hazırlıq lazımdı”.
