13 avqust 2012 17:22
Bakının baş məşqçisi: Yunan futbolçu ilə maraqlanmırıq
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Yunanıstanın AEK klubunun hücumçusu Dimitrias Salmiası transfer edəcəklərinə dair xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Yunanıstan mətbuatına açıqlamasında bunalrı dilə gətirib:
“Biz Dimitriasla maraqlanmırıq. Eyni zamanda digər hansısa yunanıstanlı futbolçunu almaq fikrimiz yoxdu. Bu gün mənim klub prezidenti ilə görüşüm olacaq. Məhz bu görüşdə biz yeni transferlərin olub-olmayacağına aydınlıq gətirəcəyik. Yeni oyunçu almaq planlarımızı yanvar ayına da saxlaya bilərik”.