13 avqust 2012 17:52
APOEL Neftçidən 1000 bilet istədi
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu Neftçi ilə səfər matçına azarkeşləri ilə birgə gəlmək istəyir. Azerisport.az xəbər verir ki, artıq sözügedən klub rəhbərliyi Bakı təmsilçisindən azarkeşləri üçün 1000 bilet də istəyib.
Lakin bu məsələ hələ iki klub arasında müzakirə olunmalıdı. Bu barədə yekun qərar yalnız bu həftənin sonunda çıxarıla bilər. Qeyd edək ki, belə oyunlar zamanı qonaq komandanın azarkeşlərinə stadionun tutumunun 10 faizi qədər bilet ayrılır.
“Neftçi” – APOEL oyunu avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.
