13 avqust 2012 20:56
Bəhreyn yığması Bakıda açıq məşqə, baş məşqçisi jurnalistlər önünə çıxacaq
Avqustun 14-də, saat 18:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Bəhreyn yığmasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Həmin gün saat 19:30-da isə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Bəhreyn yığmasının baş məşqçisi Piter Teylorun mətbuat konfransı təşkil olunacaq.
