13 avqust 2012 21:07
Əfran İsmayılov millimizin heyətindən kənarlaşdırıldı
Azərbaycan milli komandasının və "Qarabağ" klubunun yarımmüdafiəçisi Əfran İsmayılov millinin heyətindən çıxarılıb. Azerisport.az xəbər verir ki, o, zədəli olduğu üçün yığmadan aralı düşüb.
Xatırladaq ki, millimiz avqustun 15-də, saat 18:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Bəhreyn yığması ilə keçirəcəyi yoldaşlıq oyununa hazırlıq məqsədilə Bakı şəhərində təlim-məşq toplanışındadı.
