13 avqust 2012 21:25
APOEL Neftçiyə görə Bakıya casus göndərir
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Neftçi”nin oyununa “casus” göndərməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, rəqib komandanın məşqçilər korpusu “öz adamları”nı Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutacaq “Neftçi” ilə “Qəbələ” arasındakı oyuna göndərəcək.
Kiprlilər bununla “ağ-qaralar” barədə daha ətraflı məlumat əldə etməyi planlaşdırır.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Qarşlaşma saat 21:00-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra Nikosiyada baş tutacaq.
