13 avqust 2012 11:16
Arif Əsədov: Şanslar 70-in 30-a APOEL-in xeyrinədi
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində keçmiş komandasının Avropa Liqasının pley-off mərhələsində Kipr APOEL-i ilə qarşılaşmalardakı şanslarından, eləcə də problemərindən danışıb.
- Sizcə, APOEL “Neftçi” üçün keçiləsi rəqib sayıla bilər?
- Nəzərə alsaq ki, “Neftçi”yə daha ciddi rəqiblər düşə bilərdi, bəli, bu, keçiləsi komanda hesab oluna bilər. “İnter” və ya “Newcatsle” tamamilə fərqli səviyyədi. Amma APOEL də son mövsümlərdə artırıb. Onlar ötən mövsüm Çempionlar Liqasında möhtəşəm çıxış etdilər. Çoxları bu komandanın İspaniya “Real”ı ilə oyunlarını yaxşı xatırlayırlar. Əlbəttə, kiprlilər favoritdilər. Amma bu, yalnız kağız üzərindədi.

- Sizcə, “Neftçi”nin bu komanda ilə görüşlərdə şansları nə dərəcədə yüksəkdi?
- Fikrimcə, şanslar 70-in 30-a APOEL-in xeyrinədi.
- İlk oyunun Bakıda keçirilməsi “Neftçi”nin xeyrinədi?
- Deməzdim. Düzdü, uğurlu alınan “Zestafoni” (Gürcüstan) ilə də ilk oyun evdə baş tutmuşdu. İsrail təmsilçisi ilə (Hapoel Kiryat Şmona) ilk oyun səfərdə keçirildi, faydasız alındı. İstənilən halda ev oyununda qol buraxmamaq vacibdi. Əgər ilk oyunda qol buraxmasaq, bunun çox böyük faydası olacaq.

- Yeri gəlmişkən, “Neftçi”nin “Hapoel” ilə oyunu barədə nə deyə bilərsiz?
- Fikrimcə, “Neftçi” pis oynamadı. İlk oyundan fərqli olaraq, komanda qələbəyə köklənmişdi. Birinci hissədə daha yaxşı təsir bağışladılar, nəinki ikincidə. Hücumlar da yüksək səviyyədə idi. Amma komandanın müdafiə xəttində hələ də böyük problemlər qalmaqdadı. Müdafiəçilər həddən artıq kobud səhvlər buraxırlar. Bunları aradan qaldırmaq lazımdı. Əks halda hətta Azərbaycan çempionatında da bu problemlər öz sözünü deyəcək.

- “Qarabağ”la oyun nəyi göstərdi?
- Bu oyun Saşa Yunisoğlunun hələ formada olmadığını göstərdi. Uzun müddətdi oynamadığı hiss olunur. Elvin Yunuszadədə təcrübə çatışmazlığı var. Bruno Bertuççi hücumlara çox tez-tez qoşulur, bu baxımdan çox effektlidi. Amma o da müdafiəni unudur. Müsbət məqam isə Julius Vobayın oyunudu. O, komandanın lideridi.

- Transferə çıxarılan Rauf Mehdiyevin, İqor Mitreskinin, Rail Məlikovun yoxluğu çoxmu hiss olunur?
- “Neftçi” sübut etdi ki, onlarsız da oynaya bilər. “Neftçi” öz oyununu hücumdan qurur. İsrail təmsilçisi ilə oyun da göstərdi ki, onlar ilk dəqiqədən sona kimi oyunu hücumda keçirməyi bacarırlar.