13 avqust 2012 11:38
AFFA-dan hakim-inspektorlar üçün seminar
Mingəçevir şəhərində həvəskar komandalar arasında keçirilən yarışlara təyinat alan hakim-inspektorlar üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, Hakim-İnspektorlar Komitəsinin məsləhətçisi Qürbət Həsənov və Şahin Cəfərovun rəhbərliyi ilə keçirilən seminarda Mingəçevir, Ağstafa, Tovuz, Yevlax və Gəncə şəhərini təmsil edən 18 hakim-inspektor iştirak edib.
