13 avqust 2012 11:52
AFFA jurnalistlərə Berti Foqtsla görüşmək üçün avtobus ayırdı
Xəbər verdiyimiz kimi, avqustun 14-də, saat 17:00-da, Sheraton Baku Airport Hotel-də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, mətbuat konfransında iştirak etmək istəyən KİV nümayəndələri üçün AFFA tərəfindən avtomobil ayrılacaq.
Həmin avtomobillə mətbuat konfransına getmək istəyən KİV nümayəndələri 14 avqust saat 10:00-a qədər qeydiyyatdan keçməlidirlər. Jurnalistləri mətbuat konfransına aparacaq avtomobil avqustun 14-də, saat 16:00-da, AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
