14 avqust 2012 01:05
Qəbələ 6 futbolçusunu yola saldı
“Qəbələ”nin 6 futbolçusu təmsil etdikləri ölkələrin milli komandalarına dəvət alıb. Azerisport.az xəbər verir ki, çərşənbə günü – avqustun 15-də baş tutacaq yoldaşlıq görüşlərində komandanın üzvlərindən Vurğun Hüseynov (müdafiəçi), Aleksandr Çertoqanov (yarımmüdafiəçi), Anar Nəzirov (qapıçı) Azərbaycan, Deyan Kelhar (müdafiəçi) Sloveniya, Omar Kalabane (müdafiəçi) Qvineya, Ürfan Abbasov (müdafiəçi) isə Azərbaycan U-21 yığmalarının heyətində forma geymək şansı qazanıb.
Xatırladaq ki, 2 gün sonra baş tutacaq görüşlərdə Azərbaycan - Bəhreyn, Sloveniya - Rumıniya, Mərakeş - Qvineya və Azərbaycan U-21 – Estoniya U-21 cütlükləri üz-üzə gələcəklər.
