14 avqust 2012 13:54
Qapı torundakı problem Bakını 3000 manat ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 2-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
Premyer Liqasının 2-ci turunun “Bakı” – “Simurq” matçında qapı torunda problem olduğuna görə matç 7 dəqiqə gec başladığı üçün meydan sahibi klub 3000 manat cərimə olunub.
AZAL – “Rəvan” matçında AZAL-ın 4, “Rəvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün hər iki klub 1000 manat cərimə olunub.
“Turan” – “Sumqayıt” matçında “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 28-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Uğur Pamuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
