14 avqust 2012 14:09
AFFA Rəvanın futbolçusuna cəza verdi
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasındakı ölkə çempionatının 2-ci turunun oyunları ilə də bağlı aşağıdakı qərarlar çıxarılıb.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 2-ci turunun AZAL – “Rəvan” matçının 84-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Muxtar İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
