14 avqust 2012 14:48
DÇ-nin rəsmi kubokunun sponsor turu davam edir (FOTOLAR)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku DÇ-nin milli dəstəkçilərindən biri olan Paşa Sığortayatəqdim edilib. Azerisport.az xəbər verir ki, Paşa Sığortanın baş ofisindəkeçirilən rəsmi təqdimat mərasimində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin və Paşa Sığortanın işçiləri iştirak ediblər.
Dünya çempionatına hədiyyə olaraq, çempionatın Rəsmi kuboku Paşa Sığorta tərəfindən sığortalanıb. Arzu edən hər kəs avqust ayının 13-dən 16-na kimi Paşa Sığortanın baş ofisində sərgilənəcək və təşkilatın digər filiallarına da aparılacaq kubokla fotoşəkil çəkdirə bilər. Paşa Sığortanın ofisində kubokla birlikdə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Talismanı Top Top Qız-ı görmək və burada yerləşdirilmiş məlumat lövhəsində müvafiq məlumatlar əldə etmək olar.
Xatırladaq ki, rəsmi kubok ötən həftə Dünya Çempionatının digər milli dəstəkçisi Xalq Bankın baş ofisində təqdim olunmuşdu.
