14 avqust 2012 14:57
3-cü tura Xəzər Lənkəranla İnter yekun vuracaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turun oyun cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun görüşləri şənbə və bazar günləri keçiriləcək.
İlk oyun gününə dörd qarşılaşma təsadüf edəcək. “Simurq” “Turan”ı, “Kəpəz” AZAL-ı, “Neftçi” “Qəbələ”ni, “Rəvan” isə “Bakı”nı qəbul edəcək.
Qalan iki oyun isə bazar günü baş tutacaq. “Sumqayıt” “Qarabağ”la, “İnter” “Xəzər Lənkəran”la qarşılaşacaq.
Turun oyun cədvəli aşağıdakı kimidi:
Premyer Liqa
3-cü tur
18 avqust (şənbə)
“Kəpəz” – AZAL
Gəncə. Şəhər stadionu, 18:00.
“Neftçi” – “Qəbələ”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 18:00.
“Simurq” – “Turan”
Zaqatala. Şəhər stadionu, 19:00.
“Rəvan” – “Bakı”
Bakı. Dalğa Arena, 20:00.
19 avqust (bazar)
“Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.
“İnter” – “Xəzər Lənkəran”
Bakı. AZAL Arena, 20:30.
