14 avqust 2012 15:57
Rail Məlikov azad agent oldu
Azərbaycan çempionu "Neftçi"nin transferə çıxardığı Rail Məlikov paytaxt klubundan rəsmən ayrılıb. Azerisport.az xəbər verir ki, dünən klubun bazasına gedən Məlikov klub rəsmiləriylə görüşərək onlarla vidalaşıb.
"Neftçi"dən trasfer vərəqəsini də alan Rail hazırda azad agent statusu daşıyır. Bu isə o deməkdi ki, Məlikov hansısa kluba keçsə, yeni komandası ona görə transfer haqqı ödəməyəcək.
