14 avqust 2012 16:22
Qambiya milli komandası Azərbaycana gəlmək üçün 50 min manat axtarır
Məlum olduğu kimi, sentyabr ayının 22-də başlayacaq və 21 gün davam edəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də 16 ölkənin millisi qalibiyyət üçün yarışacaq. Azerisport.az xəbər verir ki, onlardan biri də Qambiyadı.
Lakin Nigeriya və Qana yığma komandaları ilə birgə Afrika qitəsini təmsil edəcək Qambiya yığması Azərbaycandakı mundial öncəsi maliyyə problemləri ilə üzləşib. Belə ki, qambiyalılar hazırda Bakıya gəlmək üçün pul axtarırlar. Onlar bu məqsədlə hətta “Azərbaycana yol” adlı komitə də yaradıblar. Bu komitə məhz yığmanın Azərbaycana səfərinə dair yaranan maliyyə problemlərini yoluna qoymalıdı. Komitə üzvləri mətbuata açıqlamasında bəyan ediblər ki, onlara yığmanın mundiala səfərini təşkil etmək üçün 2 milyon dalasi (Qambiyanın milli pul vahidi) lazımdı. Bu məbləğ Azərbaycan manatı ilə təxminən 50 000 AZN deməkdi.

Sözügedən qurum həmçinin Qambiyanın bir sıra dövlət qurumlarından dəstək gözlədiklərini bəyan edib. Qambiyanın Qadın Futbol Federasiyasının prezidenti Fatumatta Cah da hər kəsdən qızlara dəstək olmağı xahiş edib. Onların bu müraciətləri isə faydasız qalmayıb və müxtəlif instansiyalardan dəstək alıblar.
Federasiya rəsmiləri bunun qarşılığında uğur qazanmaq üçün əllərindən gələni edəcəklərinə də söz veriblər: “Azərbaycanda biz əlimizdən gələni edəcəyik ki, Qambiyada bizimlə qürur duyasız”.
Qeyd edək ki, Qambiya Fransa, ABŞ və KXDR ilə birgə B qrupunda mübarizə aparacaq. Azərbaycan millisi isə Kolumbiya, Nigeriya və Kanada ilə bərabər A qrupunda yer alıb.