14 avqust 2012 17:02
Qarabağ Sumqayıtla oyunun hazırlıqlarına başladı
“Qarabağ” “Sumqayıt”la oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, həftəsonu “Neftçi”ni məğlub edərək Premyer Liqada ilk qələbəsini əldə edən komanda 3-cü turda qarşılaşacağı “şəhərlilərl”ə oyuna tam heyətlə hazırlaşa bilmir.
Belə ki, 6 futbolçu Azərbaycan millisinin heyətinə çağrıldığından düşərgəni tərk edib. Düzdü, Əfran İsmayılov zədə səbəbindən millinin heyətindən çıxarılıb. Eyni ilə müdafiəçi Ansi Aqolli də yoxlama oyunu üçün Albaniya yığmasına yollanıb.
Belədə ağdamlılar yalnız avqustun 16-dan etibarən tam heyətlə çalışa biləcək. “Sumqayit” – “Qarabağ” oyunu isə avqustun 19-da baş tutacaq.
