14 avqust 2012 17:11
UEFA Anorthosislə bağlı qərarını açıqladı
Xəbər verdiyimiz kimi, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Anorthosis” (Cənubi Kipr) – “Dila Gori” (Gürcüstan) matçı qalmaqalla yadda qalmışdı. Azerisport.az xəbər verir ki, artıq UEFA başa çatmayan sözügedən qarşılaşma ilə bağlı qərarını açıqlayıb.
Belə ki, UEFA Nizam-İntizam Komtəsi “Anorthosis”ə texniki məğlubiyyət verərək, bu komandanın Avroliqadan uzaqlaşdığını təsdiqləyib. Kipr klubu eyni zamanda 50 min avro məbləğində cərimə olunub. Bu komanda UEFA bayrağı altında keçirəcəyi növbəti 3 ev oyununda isə azarkeşsiz mübarizə aparmalı olaaq.
Xatırladaq ki, bu oyunun 83-cü dəqiqəsində – gürcülər hesabda 3:0 öndə olduğu vaxt dayandırılmışdı. Matçın yarımçıq dayandırılmasına Cənubi Kirp klubunun azarkeşləri səbəb olmuşdu. Komandalarının 0:3 hesablı məğlubiyyətini həzm edə bilməyən fanatlar meydana axışmışdılar ki, nəticədə meydanda xoşagəlməz olaylar yaşanmışdı və hakim oyunu dayandırmaq məcburiyyətində qalmışdı.
