14 avqust 2012 17:33
Berti Foqts klublarımızı tənqid etdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts millimizin üzvlərindən Rail Məlikovla Kamran Ağayevin “Neftçi” və “Xəzər Lənkəran” tərəfindən qovulmasına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, belə bir qərarın düzgün olmadığını dilə gətirib:
“Mən belə qərarın çıxarılmasına qarşıyam. Oyunçu səhv edə bilər. Amma onu qovmaq qətiyyən düz deyil. “Neftçi”nin qalan futbolçuları “Hapoel” ilə cavab görüşündə, “Qarabağ”la çempionat oyununda səhv etməkdən qorxurdular. İndi onları da qovmaq lazımdı”?