14 avqust 2012 17:49
Millimizin rəqibləri yoldaşlıq oyunu keçirəcək
Xəbər verdiyimiz kimi, avqustun 15-də, saat 18:00-da, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan komandaların da həmin gün yoldaşlıq görüşləri təşkil olunacaq.
Həmin oyunları siyahısını diqqətinizə çatdırırıq:
Macarıstan - İsrail
Lüksemburq - Gürcüstan
Portuqaliya - Panama
Rusiya - Kot-d'İvuar
Şimali İrlandiya - Finlandiya
