14 avqust 2012 18:09

“Qarşıdakı turlarda komandanın nəyə qadir olduğu görünəcək”

Premyer Liqanın 3-cü turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Bernhard Raab arxada qalan iki turu dəyərləndirib: “Premyer Liqanın ilk turunda AZAL-la qarşılaşdıq. Paytaxt klubunun heyətində ötən mövsümə nisbətən xeyli dəyişikliklər olmuşdu. İndiki AZAL, ötən ilki komandadan qat-qat güclü idi. Bu oyunda uşaqlar verilən tapşırıqların öhdəsindən gəldi. Baxımlı oyun nümayiş etdirib bir xal qazandıq. “Turan”la oyuna gəldikdə isə, rəqibin ilk turda “Kəpəz”lə matçını izləmişdim. Bu komandanı mütləq məğlub etməli idik. Bu səbəbdən Tovuza yalnız qələbə üçün yollanmışdıq. İlk hissənin ortalarında bir futbolçumuz meydandan qovulsa da, uşaqlar əzmkarlıq nümayiş etdirib qələbəni qazandı. Dörd xal çempionatın startı üçün yaxşı nəticədir. Lakin indiki halda komanda haqqında ciddi fikir yürütmək olmaz. Düşünürəm ki, qarşıdakı turlarda komandanın nəyə qadir olduğu görünəcək”.
 
Bernhard Raab həmçinin “Qarabağ”la oyun haqqında da danışıb. Almaniyalı mütəxəssis Ağdam klubunu ölkə çempionatının ən yaxşısı adlandırıb: “Xatırladım ki, “Sumqayıt” ötən mövsüm ilk xalını məhz “Qarabağ”dan almışdı. İlk səfər qələbəmiz də Ağdam klubuna qarşı oyunda qazanılıb. Buna baxmayaraq, “Qarabağ” Premyer Liqanın ən stabil və güclü komandalarından biridir. Rəqibin heyətində milli komandanın əsas simaları çıxış edir. Ötən mövsümü də nəzərə alsaq, rəqib oyuna daha hirsli başlayacaq. Biz klub olaraq, bu oyuna çox ciddi hazırlaşırıq. Öz tərəfimizdən hər şey edəcəyik ki, bu görüşdən qalib ayrılaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.