14 avqust 2012 18:45

Berti Foqts: Bizim əsas problemimiz qapı xətti ilə bağlıdı

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts millimizin Bəhreynlə keçirəcəyi sınaq matçı öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin mətbuat konfransından hazırlanmış reportajla tanış edir.
 
- Bəhreynlə sabah keçiriləcək oyundan nə gözləyirsiz?
- Bu, bizim növbəti seçmə mərhələ oyunları öncəsi son sınağımızdı. Şadam ki, Bəhreynlə belə bir oyun keçirmək şansımız var. Baxmayaraq ki, İsraillə Bəhreyn oyun üslublarına görə fərqli komandalardı.
 
- Oyunun isti saatlarda keçirilməsi barədə nə deyə bilərsiz?
- Niyə belə istidə oynamalıyıq, mən başa düşə bilmirəm.
 
- Bu barədə Bəhreyn tərəfindən xahiş etmisiz?
- Mən də futbolçu olmuşam və süni meydançada oynamaq istəmirdim. Amma biz “Dalğa Arena”nın süni örtüklü olması barədə bəhreynliləri xəbərdar etmişdik. Onların bu arenadan niyə imtina etməsinin səbəbini anlamıram.
 
- Siz İsrail və Portuqaliya ilə oyunlar üçün start heyətini bu görüşdə dəqiqləşdirəcəksiz?
- Əgər hər şey qaydasında olsa, bu futbolçular növbəti tsiklin ilk iki oyununa da dəvət alacaqlar. Bizim hazırda əsas problemimiz qapı xətti ilə bağlıdı. Halbuki, əvvəllər belə problemlərlə üzləşmirdik. Təəccüblü olsa da, qapıçılarımız hamısı klublarında ehtiyatda qalırlar.

- Kamran Ağayev, Rail Məlikov kimi milli üzvlərinin transferə çıxarılmasını necə qarşıladınız?
- Mən onlara qarşı niyə belə davranıldığının səbəbini başa düşə bilmirəm. Oyunçular səhv edə bilərlər. Amma onları qovmaq... “Neftçi”nin qalan futbolçuları “Hapoel”lə cavab matçında, “Qarabağ”la qarşılaşmada səhv etməkdən qorxurdular. Çünki eyni aqibətlə üzləşməkdən etihat edirdilər.
 
- Sizcə, yeni mövsümdən tətbiq olunan hər klubun ən azı bir 21 yaşadək futbolçunun xidmətindən yararlanması tələbi işinizə yarayacaq?
- Əgər yığmada yeni adların meydana çıxmasına şərait yaradacaqsa, bəli. İstənilən halda hər şey futbolçulardan asılıdı. “Sumqayıt”da Ruslan Qurbanov, “Qarabağ”da Elnur Abdulov var. Onların üzərlərində çalışması lazımdı.
 
- Siz Cavid Hüseynova dəvət göndərməklə digərlərinə göstərmək istəyirsiz ki, xarici klublardan milliyə yol daha qısadı?
- Xeyr, səhv edirsiz. Mən sadəcə onu çoxdan görmürdüm. İndi hazırlıq səviyyəsinə, nə qədər inkişaf eməsinə baxmaq istəyirəm. Bizim xaricdə Cihan Özkara, Ufuk Budaq, Cavid Hüseynov kimi futbolçularımız var. Təəssüf ki, əksər klublar onları buraxmaq istəmir. Əvəzində isə ehtiyatda saxlayırlar. Halbuki, oyun təcrübəsi az olan futbolçular icarə əsasında, az məbləğ qarşılığında da olsa, başqa komandalara keçməkdə maraqlı olmalıdılar.
 
- Düzdü ki, siz 2-ci turun “Qarabağ” – “Neftçi” matçının təxirə salınmasına qarşı çıxmısız?
- Belə məsələlər haqda qərarı PFL prezidenti Ramin Musayev qəbul edir. Mənim fikrimin heç bir önəmi yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.