14 avqust 2012 18:38
Yığmamızın məşqçisi İsrailin oyununu izləyəcək
Avqustun 15-də, Budapeşt şəhərində Macarıstan millisi DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqiblərindən olan İsrail yığması ilə yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Olaf Yanssen Macarıstan - İsrail oyununu izləyəcək.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz ilk oyununu sentyabrın 7-də, Bakı şəhərində İsrail yığmasına qarşı keçirəcək.
