14 avqust 2012 20:25

“Qazonun belə olduğunu bilsəydik, Dalğa Arenadan imtina etməzdik”

Futbol üzrə Bəhreyn yığmasının baş məşqçisi Piter Teylor sabah baş tutacaq Azərbaycan millisi ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

”Hazırlıqlarımıza Bəhreyndə start versək də, bunu son günlərdə Bakıda davam etdiririk. Səbirsizliklə oyunu gözləyirik. Etiraf edim ki, komandam o qədər də yaxşı hazırlıqlı deyil. Çünki matçın keçirilməsi üçün yaxşı vaxt seçməmişik. Hazırda Ramazan ayıdı, hamı oruc tutmağa çalışır. Buna görə də komandam o qədər yaxşı hazırlıqlı deyil. Baxmayaraq ki, Bakıya gələndən sonra bəziləri artıq oruc tutmur”.
 
Teylor “Dalğa Arena”da oynamaqdan imtina etmələrinin səbəbini də izah edib: “Sadəcə, bizim peşəkar futbolçularımız süni qazonda oynamaqdan istəmirdilər. Məhz buna görə stadionun yerinin dəyişdirilməsini xahiş etdik. Amma Bakıya gələndən sonra ilk məşqimizi məhz “Dalğa Arena”da həyata keçirdik. Düzünü deyim ki, qazonun bu qədər yaxşı olduğunu bilsəydik, ondan imtina etməzdik”.
 
Məhz stadionun dəyişdirilməsi səbəbindən öncədən 21:00-a təyin olunan qarşılaşma indi saat 18:00-da başlamalıdı. Çünki qarşılaşmanın keçiriləcəyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda işıqlandırma sistemi yoxdu: “Mən də razıyam ki, belə bir oyun üçün başlama saatı çox tezdi. Özü də isti havada oyun keçirmək heç də ən yaxşı variant deyil”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.