14 avqust 2012 11:24

Vaqif Cavadov: Fotqsla heç bir problemim qalmayıb

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində milli komandamıza dönüşündən, Bəhreynlə keçiriləcək yoxlama matçından, eləcə də növbəti seçmə mərhələnin startından danışıb.
 
- Nəhayət ki, yığmaya qaytarıldınız. Təxminən bir il müddətində sizin yoxluğunu zamanı komandada nə dəyişib?
- Komandada böyük dəyişikliklər olmayıb. Amma mən darıxırdım. Mənə millinin çıxışını kənardan izləmək çox ağır idi. İndi isə hər şey qaydasındadı. Bütün fikirlərim Bəhreynlə yoxlama matçına yönəlib. Mən öz üzərimdə daha çox işləməliyəm.

- Berti Foqtsun sizə münasibəti necədi?
- Aramızda heç bir problem qalmayıb. Münasibətimiz çox yaxşıdı. Keçmişə qayıtmaq istəməzdim.
 
- Zədədən yenicə döndüyünüzü nəzərə alsaq, hazırda özünüzü necə hiss edirsiz?
- Gündən-günə özümü daha yaxşı hiss edirəm. Təbii ki, yığmaya dəvət almağım daha çox güc verdi. İnanılmaz dərəcədə sevincliyəm. Çünki yığmasız günlərim geridə qaldı.

- Bəhreynlə yoxlama matçından nə gözləyirsiz?
- Ötən il bu komanda ilə oynamışdıq. O vaxt oyun heç-heçə bitmişdi. Əminəm ki, Bəhreyn indi daha yaxşı oyun sərgiləyəcək. Bizim əsas məqsədimiz isə növbəti seçmə mərhələ çərçivəsində keçirəcəyimiz İsrail ilə ilk oyuna hazır olmaqdı. Həmin oyunda qazanacağımız uğurlu nəticə bizə çox fayda verə bilər. Özü də oyun doğma meydanda olacaq.
 
- Bəs Bəhreyn ilə görüşdə nəticə vacib deyil?
- Azərbaycan yığması üçün nəticə həmişə önəmlidi.
 
- Kamran Ağayevin hazırda klubsuz olması sizi narahat etmir ki?
- Yığmada qapıçılarla bağlı problem yoxdu. Kamran əla qapıçıdı. Belə bir anda onu dəstəkləmək lazımdı. Ümid edirəm ki, yaxın gələcəkdə o, özünə klub tapacaq və belə problemlərlə üzləşməyəcək. Həm də yığmada Fərhad Vəliyev, Anar Nəzirov kimi qapıçılar da var.
 
- Komandanın qarşısına növbəti seçmə mərhələ ilə bağlı hədəf qoyulub?
- Azərbaycan çox güclü komandaların yer aldığı bir qrupdadı. Biz gözəl başa düşürük ki, azarkeşlər növbəti tsikldə bizdən ancaq uğur gözləyirlər. Əminəm ki, komandamız 7 xaldan daha artıq toplayacaq. Hər oyuna maksimum köklənmək lazımdı. Hər seçmə mərhələdə bir sensasiya limitini aşmalıyıq. Bu seçmə mərhələdə onların sayı daha çox olmalıdı.
 
- Sizcə, ilk üç oyundan neçə xal toplaya bilərik?
- Evdə İsrail üzərində qələbə qazanmaq olar. Portuqaliyalılarla səfər oyunu asan olmayacaq. Bizi həmçini Rusiya ilə səfər oyunu gözləyir. Amma orda heç-heçə oynamağımızı istərdim. Amma hələlik daha çox Bəhreyn və İsraillə oyunları düşünürük.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.