14 avqust 2012 11:55
APOEL-in futbolçusu: Neftçiyə hər iki oyunda qol vurmaq istəyirəm
Kiprin APOEL klununun futbolçusu Aldo Adorno UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Mən çox şadam ki, “Aalesund”a qol vura bildim (Kipr təmsilçisi üçüncü təsnifat mərhələsində məhz Norveç klubunu mübarizədən kənarlaşdırdıb). Mən həmişə vurduğum qollara çox sevinirəm. Çünki bu qollar mənə əlavə əminlik qazandırır. İndi isə mən növbəti rəqibimizin də qapısına hər iki oyunda yol tapmaq istəyirəm”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada baş tutacaq.
