14 avqust 2012 12:41
Xəzər Lənkəranın 1223 günlük həsrətinə son
Premyer Liqanın 2-ci turunda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” ölkə çempionatlarındakı ev matçlarında ardıcıl 2-ci böyükhesablı qələbəsini qazandı. Azerisport.az xəbər verir ki, ötən mövsümə “Qarabağ” üzərindəki 4:1 hesablı qələbə ilə yekun vuran Yunis Hüseynovun yetirmələri yenə 4 qol vurmaqla bunu bacardı.
Bu, “Xəzər Lənkəran”ın tarixində 49-cu belə qələbəsidi. Ölkə çempionatında 37-ci fərqli qələbəyə sevinən XL kubokda 11, “Birlik kuboku”nda 1 dəfə böyükhesablı qələbə qazanıb. Hüseynovun rəhbərliyi altında 2-ci böyükhesablı qələbə həm də mütəxəssisin fəaliyyəti vaxtındakı ən böyük fərq qeydə alınıb.
Ümumilikdə isə tarixində 22-ci dəfə 4 və daha çox fərqlə qalib gələn komanda 1223 gün idi ki belə zəfər çalmırdı. Buna sonunсu dəfə 2009-cu il aprelin 5-də təsadüf olunub. Həmin vaxt “Standard” Lənkərandan 0:4 hesablı yenilgi ilə ayrılıb. 2008/09 mövsümündəki həmin qələbədən sonra 3 top fərqinə dəfələrlə nail olunsa da belə darmadağın qeydə alınmırdı.
