14 avqust 2012 00:37
Rəşad Sadıqov: Bəhreynlə oyun Yaponiya və Andorra ilə görüşlərdən daha faydalıdı
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində komandasının yeni mövsümdəki çıxışından, eləcə də millimizin Bəhreynlə qarşıdakı sınaq matçından danışıb.
- Komandanızın yeni mövsümə startı barədə nə deyə bilərsiz?
- Fikrimcə, pis başlamamışıq. Nəzərə alsaq ki, “İnter” (1:1) və “Neftçi” (1:0) kimi komandalarla oyunlardan 4 xalla ayrılmışıq, nəticə kifayət qədər qənaətbəxş sayıla bilər. “Neftçi”ni “Dalğa Arena”da qəbul edirdik ki, bu arena da əslində bizim ev oyunlarımızı keçirdiyimiz stadion hesab oluna bilməz. “İnter”lə isə səfərdə qarşılaşdıq. Hər iki oyun da süni qazonda keçirildi.

- “İnter”lə matçın son dəqiqələrində qol buraxdığınız kimi, az qala “Neftçi” ilə görüşdə də eyni aqibəti yaşayacaqdız...
- Bizə öz üstünlüyümüzü möhkəmləndirmək lazım idi. Həm birinci, həm də ikinci matçda. “Neftçi”yə daha çox qol vura bilərdik.
- Komandanın səviyyəli forvarda ehtiyacı olduğunu Qurban Qurbanov da etiraf edib və bildirir ki, axtarışlarını davam etdirir. Sizcə, bu boşluğu aradan qaldıra bilməsəz, Premyer Liqanın qalibi ola biləcəksiz?
- Məsələ yalnız transferdə deyil. İşə düzgün yanaşma lazımdı. Bütün komanda futbol barədə düşünməlidi. Qurban Qurbanov artıq yaxşı komanda formalaşdırıb. İlk iki oyun da göstərdi ki, komanda var. Bizdə yaxşı hücumçular var. Sadəcə, azacıq dəqiqlik çatışmır. Məncə, zamanla bu problem də yoluna düşəcək.

- İki aparıcı klubla görüşlərdə qazanılan uğurlu nəticə çempionluq iştahınızı artmır ki?
- Heç kim iki turdan sonra çempionluğumuza zəmanət verə bilməz. İki oyuna görə özümüzü aldada bilmərik. Qarşıda bizi çətin mövsüm gözləyir. Çox işləmək lazımdı.

- “Neftçi” ilə oyunda keçmiş komanda yoldaşınız, hazırda isə “ağ-qaralar”ın kapitanı olan Rəşad Sadiqova qarşı mübarizə aparmalı oldunuz. O, keçmiş komandası üçün çoxmu təhlükə yaratdı?
- “Neftçi”nin yarımmüdafiə xəttində yalnız Rəşad oynamırdı. Orda həmçinin Flavinyo və Vobay da var. Bu üç futbolçuya sərbəst hərəkət etməyə imkan vermək olmazdı. Bütün oyun boyu pressinq tətbiq edirdik. Fikrimcə, pis alınmadı. “Hapoel”lə oyunlardan sonra rəqib komandada yorğunluq var idi ki, bundan da istifadə etməyə borcluyduq. Axı iki il idi bu komandanı məğlub edə bilmirdik.

- Sizcə, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki İsraillə oyun öncəsi Bəhreynlə görüş nə dərəcədə vacibdi?
- Bu oyun bizim üçün Yaponiya və Andorraya qarşı keçirdiyimiz görüşlərdən daha faydalı olacaq. Çünki Bəhreynlə görüşdə heyəti, taktikanı müəyyənləşdirəcəyik. Çox diqqətli olmalıyıq.

- “Neftçi”nin “Hapoel”ə iki oyuna görə 2:6 hesabıyla uduzması Azərbaycan və İsrail futbolu arasındakı səviyyə fərqinin göstəricisi sayıla bilər?
- Sayıla bilər. Amma biz ilk oyunda əlimizdən gələni etməliyik ki, bu fərq özünü göstərməsin. Yalnız bu halda xal qazana bilərik.

- Yeri gəlmişkən, matç məlum səbəblərdən 18:00-da keçiriləcək. İsti olmayacaqmı?
- 20:00-da və ya 21:00-da oynamaq daha yaxşı olardı. Çünki belə çətin olacaq. Son günlər heç günəş altında dayanmaq da olmur. Bizə isə 90 dəqiqə qaçmaq lazımdı.

- Kapitan kimi Vaqif Cavadovun milliyə dönüşü barədə nə deyə bilərsiz?
- Şadam ki, ümumi dil tapa bildilər. Mən hələ o vaxt da bildirmişdim ki, Vaqif Cavadov düz etməyib. O, məsləhətlərə qulaq asmalı idi. Hələ gəncdi. İnanırdım ki, onu bağışlayacaqlar. Əminəm ki, Berti Foqts da komandamızın daha yaxşı oynamasını istəyir. Vaqif yeni tsikldə bizə kömək edəcək.