15 avqust 2012 21:55
Azərbaycandan bir gündə ikinci milli zəfər (YENİLƏNİB)
Bu gün Azərbaycanın əsas futbol yığması ilə yanaşı, 21 yaşlılardan ibarət millimiz də sınaq görüşü keçiriт. Azerisport.az xəbər verir ki, yığmamız Estoniya ilə üz-üzə gəliт.
Qarşılaşma doğma divarlar arasında keçirilirdi. Bu üzdən də Bernard Lippertin yetirmələri mütləq qələbə qazanmağı hədəfləmişdilər. Gözlənildiyi kimi, komandamız istəyinə çatıb.
Yoldaşlıq oyunu
15 avqust
AZƏRBAYCAN (U-21) – ESTONİYA – (U-21) - 2:0 (0:0)
Qollar: B.Hüseynov, 51 (1:0), M.Ağayev, 90+2 (2:0)
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Namiq Hüseynov, Elvin Əsgərov.
Bakı. “Dalğa Arena”.
Oyun başladı
Komandamız ilk dəqiqələrdən üstünlüyə yiyələnib
Futbolçularımız çox əla qol şansından yararlana bilmirlər
Cavid İmamverdiyev ayağından zədə alsa da, oyunu davam etdirə bilir
Orxan Həsənov daha bir qol şansını əldən qaçırır
Tərlan Quliyevin baş zərbəsi kənar keçir
Hər iki komanda fəaldı, amma yığmamız bir qədər üstün görünür
Rəqib futbolçu az qala Səlahət Ağayevi məyus edəcəkdi
Estonlar hücumların sayını artırıblar
Həsənovun ardıcıl iki zərbəsi dəqiq olmur
İmamverdiyevin təhlükəli zərbəsi sadəcə kornerlə nəticələnir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Qonaqların qapıçısı növbəti dəfə komandasını qoldan xilas edir
Amma Bədavi Hüseynovun qüvvətli zərbəsi qarşısında qapıçı da acizdi - 1:0
Abatsiyevin zərbəsi qapıdan yan keçir
Seyidovun zərbəsi hədəfdən yan keçir
Qonaqlar yenidən fəallığı artırıblar. Amma onların hesabı bərabərləşdirmək cəhdləri faydasızdı
Seyidovun zərbəsini Merets dəf edir
Cavid Tağıyevin zərbəsi qapıçıda qalır
Komandamız topa nəzarəti əlində saxlayır və hücum qurmağa çalışır
C.İmamverdiyev hətta qapıçını da geridə qoymasına rəğmən, son zərbəsini rəqib futbolçu qapı xətti üzərində qarşılayır
Abdullayev-İmamverdiyev-Seyidov kombinasiyasını sonuncu inanılmaz şəkildə qolla tamamlaya bilmir
Qara Qarayevin zərbəsini Merets çətinliklə dəf etdi
İmamverdiyevi Murad Ağayev əvəzləyir
Ağayev elə ilk zərbəsindəcə qol vurur - 2:0
Matç başa çatdı
