15 avqust 2012 19:53
Azərbaycan Bəhreyni üç cavabsız qolla yendi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq prosesi çərçivəsində Bəhreyn ilə yoxlama matçı keçirib.
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqib idi. Belə ki, bəhreynlilər artıq bir dəfə Azərbaycan yığmasına rəqib olmuşdular. Həmin görüş də yoldaşlıq oyunları çərçivəsində baş tutmuşdu. 2008-ci ilin 15 oktyabr tarixində Manamada keçirilən qarşılaşmada yığmamız qələbəyə sevinmişdi - 2:1. Hansı ki, həmin görüşdə forma geyən futbolçuların bəzisi hazırda da millimizin heyətində yer almaqdaydılar və bu dəfə yenidən eyni uğuru təkrarlamaq arzusundaydılar.
Gözlənildiyi kimi, komandamız doğma meydan amilindən maksimum yararlanıb, Bəhreynlə bu dəfəki görüşdə daha böyük hesabla qələbə qazanıb. Nəticədə, Berti Foqtslu milli 2012-ci ildə keçirdiyi oyunlardakı uğursuzluqları qismən unutdurmuş oldu. Bu qələbə həm də növbəti seçmə mərhələ çərçivəsində İsrailə qarşı keçirəcəyimiz oyun öncəsi futbolçularımız üçün əlavə stimul sayıla bilər.
Yoldaşlıq oyunu
15 avqust
AZƏRBAYCAN – BƏHREYN – 3:0 (1:0)
Qollar: B.Subaşiç, 35 (1:0), С.Özkara, 60 (2:0), C.Hüseynov, 79 (3:0).
Hakimlər: George Vadaçkoria, Georgi Kruaşvili, Levan Varamişvili (hamısı Gürcüstan), Fariz Yusifov (Azərbaycan).
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
İlk dəqiqələrdən qonaqlar topu özlərinə saxlamağa cəhd göstərirlər
3. Bəhreynlilərin cərimə zərbəsini Kamran tutur
7. Millimizin hücumu təhlükəli olsa da, Cavidin qapıya dəqiq zərbə endirməsinə müdafiəçilər mane olurlar
9. Komandamızın ilk korner vuruşu: Cavidin başla tora qovuşdurmaq istədiyi topu qapıçı tutur
14. Qonaqlar da ilk künc zərbəsini yerinə yetirirlər. Onların da cəhdi uğursuzdu
15. Geridə qalan dəqiqələrdə qonaqlar hələ ki, daha fəaldılar
18. Vüqarın uzaqdan zərbəsini rəqib qolkiper çətinliklə dəf edir
22. Yığmamız növbəti korner vuruşundan yararlana bilmir
24. Rauf rəqib müdafiəçilərin səhvindən sonra qapıçı ilə üz-üzə qalsa da, bəhreynli qolkiper topa daha tez çatır
25. E.Allahverdiyev oyunda ilk sarı vərəqənin müəllifinə çevrilir
27. Rahidin qüvvətli zərbəsini son anda rəqib qapıçı kornerə çıxarır. Korner vuruşu isə yenə bəhrə vermir
30. Subaşiç cərimə meydançasında qarşısına düşən topa dəqiq zərbə endirə bilmədi
30. Hakim isti hava şəraiti səbəbindən futbolçulara "su fasiləsi" yaradır
33. S.Əbdülhəmid Subaşiçi cərimə meydançasında yıxdığı üçün penaltiyə səbəb olur
34. Lakin təəssüf ki, topa yaxınlaşan R.Sadıqovun penalti zərbəsini qapıçı dəf edir
35. Amma ardından künc zərbəsi zamanı Subaşiç dəqiq baş zərbəsi ilə hesabı açır - 1:0
38. Gökdəmir cərimə meydançasına ötürməni başla tora qovuşdurmağa yaxın olsa da, son anda yenə qapıçı topu kornerə çıxarır. Korner uğursuz alındı
43. Rauf qapıçı ilə üz-üzə qalsa da, onu keçə bilmir
45. Yığmamız daha bir korner yetirir, sonda top rəqib qapıçıda qalır
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Bəhreynlilər 4 dəyişiklik edirlər
46. R.Əmirquliyevlə R.Əliyev yerini U.Budaq və C.Özkaraya verir
47. Subaşiçin növbəti qolunu vurmasına son anda rəqib futbolçu mane olur
47. Yığmamızın növbəti korner vuruşu uğursuzdu
50. Millimiz ikinci hissəyə daha fəal başlayıb
53. Qonaqların korner vuruşu qol gətirmir
58. Subaşiç də sarı vərəqə ilə cəzalanır
60. Rəqib müdafiəçinin kobud səhvindən sonra Cihan komandamızın ikinci qoluna imza atır - 2:0
62. Muhammed Duqi sarı vərəqə ilə cəzalanır
63. Yığmamız üçüncü qolu vurmağa çox yaxın idi. Amma qapıçı öncə Cavidin, ardından Vüqarın təhlükəli zərbələrini dəf edir
63. Futbolçularımız daha bir korneri boşa verirlər
68. Yığmamızın korner vuruşu zamanı rəqib müdafiəçilər topu uzaqlaşdırdılar
70. Bəhreyn millisinin ən təhlükəli hücumu zamanı Kamran topun qapıya getməsinə imkan vermir
72. E.Allahverdiyev yerini V.Levinə, V.Nadirov isə R.Umarova verir
73. Komandamızın künc zərbəsini müdafiəçilər uzaqlaşdırırlar
75. Futbolçulara növbəti dəfə "su fasiləsi" verilir
76. R.Abışovun əvəzində meydana A.Çertoqanov çıxır
79. Rizvanın zərbəsi zamanı rəqib qapıçının geri qaytardığı topu Cavid təkrar zərbə ilə tora qovuşdurur - 3:0
81. Subaşiçin əvəzində V.Cavadov meydana çıxır
84. Bəhreynin yüz faizli qol imkanı: M.Sami boş qapını dəqiq nişan ala bilmədi
89. Özkaranın zərbəsi zamanı top qapıdan aralı keçir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Oyun başa çatdı
AZƏRBAYCAN: Kamran Ağayev, Elnur Allahverdiyev, Rəşad Sadıqov (k), Ruslan Abışov, Maksim Medvedev, Rahid Əmirquliyev, Cavid Hüseynov, Vüqar Nadirov, Rauf Əliyev, Branimir Subaşiç, Əli Gökdəmir.
Ehtiyat oyunçular: Anar Nəzirov, Vaqif Cavadov, Aleksandr Çertoqanov, Cihan Özkara, Vurğun Hüseynov, Rizvan Umarov, Ufuk Budaq.
BƏHREYN: Ahmed Abbas, İsa Salman, Abdul İbrahim, Muhammed Sami, Yusuf Abdulla, Muhammed Duqi, Musa İsa, Muhammed Abdulla, Xəlil İbrahim, Xalid Abdulla, Abdel-Həmid Saleh.
Ehtiyat oyunçular: Saad Davud, Əli Abdul, Əbdürrrəhim Yassen, Əli Muhammed, Ahmed Sadi.
