15 avqust 2012 13:25
Roberto Alviz və Ruslan Abışov üçün xüsusi qol
“Kəpəz”lə Premyer Liqanın 2-ci turundakı oyun 4 futbolçunun 1 matçda qol vurması ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, Rəqib qapısına yol tapan bu oyunçulardan ikisi üçün isə qol xüsusi önəm kəsb etdi.
Belə ki, Roberto Alviz və Ruslan Abışov üçün gəncəlilərin qapısından keçirdikləri toplar ilk kimi tarixə düşdü.
Artıq komandanın heyətindəki qol hesabını bu matçadək açan Abışov əvvəllər avrokuboklarda qol sevinci yaşamışdı. Bu dəfə isə o, ağ-yaşıl formada ilk çempionat qolunu vurdu. Xorvatiyalı legioner isə nəinki çempionatda, ümumiyyətlə “Xəzər Lənkəran”da qol vurmamışdı. Alvizin qolu onun bu klubdakı ilk qolu idi.
Roberto “Xəzər lənkəran” tarixində qol sevinci yaşayan 74-cü oyunçu oldu. “Kəpəz”lə görüşədək 73 futbolçu klub tarixində, 66-sı isə komandanın çempionat oyunlarında fərqlənmişdi. Alvizlə Abışov çempionatda ilkə imza atmaqla sonuncu rəqəmi 68-ə çatdırdı.
