15 avqust 2012 13:38
Neftçi İqor Mitreski ilə bağlı duruma aydınlıq gətirdi
Xəbər verdiyimiz kimi, “Neftçi”nin makedoniyalı futbolçusu İqor Mitreski transferə çıxarılmasına rəğmən, komandanın Avropa Liqası üçün iştirak ərizəsinə daxil edilib. Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu məsələni azerisport.az saytına müsahibəsində belə izah edib:
“Hapoel”lə (Kiryat Şmona, İsrail) oyundan sonra transferə çıxarılan futbolçulardan hazırda yalnız İqor Mitreski “Neftçi”nin üzvü hesab olunur. Rauf Mehdiyevlə Rail Məlikov azad agent statusu alıblar və istədikləri kluba problemsiz keçə bilərlər. Makedoniyalı futbolçunun isə komandamızla hələ 2 illik müqavilə müddəti qalır. Ona görə də Mitreskini heyətində görmək istəyən hər bir klub “Neftçi”yə müraciət etməlidi”.