15 avqust 2012 13:47

Anar Salmanov: İspanlarla işləmək daha asan olacaq

Azərbaycanlı FİFA referisi Anar Salmanov İspaniya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı yoldaşlıq matçına (7 sentyabr) təyinat alması münasibətilə azerisport.az saytının suallarını cavablandırıb.
 
- Bu təyinatı necə qarşıladınız?
- Bu təyinata görə çox şadam və qürur duyuram.
 
- Bu, sizin karyeranızda yeni səviyyədi?
- Bu, ilk növbədə Azərbaycan hakimliyinə inamdı. Azərbaycan hakimliyi çox tənqid olunur. Amma İspaniya yığmasının oyununa təyinat məlum irəliləyişdi. Çünki hazırda İspaniya millisi dünyanın ən yaxşı komandasıdı.

- Bəs siz belə bir oyunu idarə etməyə hazırsız?
- Niyə də yox? Biz Çempionlar Liqasının oyunlarını idarə etdik, yaxşı qiymətlər aldıq. Bu oyunda isə biz əsl futbol ustalarının çıxışını idarə etməli olacağıq. Onlarla işləmək isə daha asandı, başa düşürlər. Əsas bu oyuna psixoloji cəhətdən hazır olmaqdı. Əminəm ki, bizdə də belə bir problem olmayacaq.
 
- Bu oyunu karyeranızda ən vacib qarşlaşma adlandırmaq olar?
- Mənim üçün hər oyun vacibdi. Rəsmi və ya yoldaşlıq oyunu olmasından asılı olmayara, hər birinə ciddi yanaşmaq lazımdı. Bu oyun mənim üçün ən yaddaqalan görüşlərdən biri olacaq. Axı hər dəfə dünya və Avropa çempionlarının oyununu idarə etmək olmur.
 
- Premyer Liqanın geridə qalan iki turunda da hakimliklə bağlı hələ ki, qalmaqal yaranmayıb...
- Futbolçular və məşqçilər kimi, hakimlər də səhv edə bilərlər. Platini bir dəfə demişdi ki, “hakim səhvləri futbolun gözəlliyidi”. Bizə artıq Avropada da çox güvənməyə başlayıblar. Deməli, Azərbaycan hakimliyi yükəlişdədi. Ümid edirəm ki, mövsümün sonuna kimi belə olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.