15 avqust 2012 13:56
APOEL Neftçi ilə oyunlar üçün 28 futbolçu sifariş etdi
Kiprin APOEL klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı “Neftçi” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Azerisport.az xəbər verir ki, Nikosiya klubu 28 futbolçu sişariş edib.
Baş məşqçi İvan Yovanoviçin “ağ-qaralar”la görüşlərdə əməyindən yararlanmaq imkanına malik olduğu futbolçuların tam siyahısı aşağıdakı kimidi:
Qapıçılar: 1. Panos Konstantinu, 22. Dionisios Çiotis, 78. Urko Pardo, 88. Tasos Kissas;
Müdafiəçilər: 5. Mixael Klukovski, 15. Marios Antoniades, 19. Marios İlia, 25. Andreas Xristofides, 27. Harits Borda, 28. Mario Serxio, 30. Zuela, 31. Helder Sousa;
Yarımmüdafiəçilər: 10. Konstantinos Çaralambides, 11. Nektarios Aleksandru, 12. Aldo Adorno, 17. Marinos Satsias, 18. Selim Benaçur, 21. Qustavo Manduka, 23. Helio Pinto, 26. Nuno Morais, 32. Kiriakos Vasiliu, 33. Pantelis Vasiliu, 40. Marko Çaralampus, 46. Efstathis Aloneftis, 77. Athos Solomu;
Hücumçular: 7. Mario Budimir, 8. Aylton, 9. Esteban Solari.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada baş tutacaq.
