15 avqust 2012 14:02
Neftçinin APOEL ilə cavab matçının başlama saatı açıqlandı
Azərbaycan çempionu “Neftçi”nin UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəyi cavab matçının başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, qarşılaşma avqustun 30-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, həmin görüş Nikosiyadakı “GSP Arena”da baş tutacaq.
“Neftçi” ilə APOEL arasındakı ilk oyun isə avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək.
