15 avqust 2012 14:10
Neftçi - APOEL görüşlərini polyak və fransız hakimlər idarə edəcəklər
Azərbaycan çempionu “Neftçi”nin UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəyi hər iki oyunun hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, bu duelləri polşalı və fransalı hakimlər idarə edəcəklər.
Bakıda keçiriləcək ilk qarşılaşma polşalı Robert Malek tərəfindən idarə olunacaq. Həmin görüş avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək.
Cavab görüşündə isə ədaləti fransalı Said Enjimi idarə etməlidi. Bu qarşılaşma isə avqustun 30-da Nikosiyada, “GSP Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
