15 avqust 2012 14:37
Azərbaycan beynəlxalq turnir üçün heyətini açıqladı
Xəbər verdiyimiz kimi, avqustun 21-dən 26-a qədər 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. Azerisport.az xəbər verir ki, artıq yığmamızın turnir üçün heyəti də açıqlanıb.
Həmin futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Həsənli Əli - "Qəbələ"
Muradbəyli Fəhmin - "Neftçi"
Qaraxanov Pərviz - "Neftçi"
Nəsirov Budaq - "Turan"
İbazadə Ülvi - "İnter"
Nəhavəndi Mansur - "İnter"
Məmmədov Roman - "nter"
Hakimov Yusup - "Bakı"
Məmmədov Təyyar - "Bakı"
Mədətov Mahir - "Bakı"
Səfərzadə İlyas - "Xəzər Lənkəran"
Cəfərov Elnur - "Xəzər Lənkəran"
Qasımov Ağaseyid - "Qarabağ"
Haşımlı Mirkamil - "Fənərbaxça" (Türkiyə)
Əliyev Roman - "Akademiya Krasnodara" (Rusiya)
Sadıxov Rəhim - "Spartak" (Moskva, Rusiya)
Zararsız Müslim - SV "Wehen Wiesbaden" (Almaniya)
Qurbanov Qaziməhəmməd - "Anji" (Rusiya)
Şahverdiyev Ehtiram - "Qəbələ"
Palanqa tirnirinin təqvimi:
A qrupu: Litva, Gürcüstan, Almaniya Region Yığması
B qrupu: Latviya, Azərbaycan, Belarus
21 avqust
15:30. Latviya - Azərbaycan
17:15. Açılış mərasimi
18:00. Gürcüstan - Litva
23 avqust
15:30. Belarus - Latviya
18:00. Litva - Almaniya Region Yığması
25 avqust
15:30. Azərbaycan - Belarus
18:00. Almaniya Region Yığması - Gürcüstan
26 avqust
11:00. A3 - B3
13:00. A2 - B2
15:00. Final
16:45. Bağlanış mərasimi
Qeyd: Oyunların başlanma saatı yerli vaxtla göstərilib.
