15 avqust 2012 14:58
Rauf Əliyev: Türkiyənin birinci liqasında irəli getmək daha asandı
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Rauf Əliyev azerisport.az saytına müsahibəsində Bəhreynlə baş tutacaq yoldaşlıq oyunundan, eləcədə də Türkiyənin “Göztepe” klubuna mümkün keçidindən danışıb.
- Bəhreynlə oyuna hazırlıqlar necə gedir?
- Hər gün iki məşq keçməklə hazırlıaşmışıq. Bu oyuna mümkün qədər yaxşı formada çıxmaq istəyirik. Hər bir futbolçu bu qarşılaşmada özünü yaxşı tərəfdən göstərməyə çalışır.

- Rəqib komandanın “Dalğa Arena”da oynamaqdan imtina etməsi səbəbindən görüş İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna keçirildi və görüşün başlama saatı da dəyişdirildi. İsti havada oynamaq çətin olmayacaq ki?
- Əlbəttə, asan olmayacaq. Məncə, belə havada oynamaq heç də yaxşı seçim deyil. “Dalğa Arena”da oynasaydıq, daha yaxşı olardı. Süni qazon olsa da, ora “İsmət Qayıdov”dan daha yaxşı vəziyyətdədi. Amma buna baxmayaraq, yaxşı nəticə qazanmağa çalışacağıq.

- Bu oyun öncəsi Berti Foqtsun Vaqif Cavadovu milliyə qaytarmasını necə qarşıladınız?
- Mən onun milliyə qayıtmasına görə çox sevindim. Bu, seçmə mərhələnin startı ərəfəsində komandamıza müsbət tərəfdən kömək etməlidi. Fikrimcə, Vaqif hələ özünü göstərəcək.

- Yığmamızın bu il keçirdiyi oyunlar çox uğursuz alınmaqdadı. Bu dəfə həmin uğursuzluqları unutdura biləcəksiz?
- Həqiqətən də son oyunlarımızı yaxşı keçirməmişik. Xüsusilə də nəticə baxımından. Amma növbəti seçmə mərhələdəki bütün rəqiblərimizə müqavimət göstərməyi planlaşdırırıq. Bəhreynlə də oyun istisna deyil. Ötən seçmə mərhələni 7 xalla başa vurmuşduq. Bu, bizim üçün yaxşı nəticədi. Bu dəfə daha yaxşı nəticə qazanmağı düşünürük.

- “Neftçi” ilə oyunda sona 12 dəqiqə qalmış meydana çıxdınız. Əsas heyətdən kənar düşməyinizin səbəbi nədi?
- Bu, baş məşqçinin qərarıdı. O, belə addım atmağa qərar vermişdi, deməli, belə də lazım imiş. Qalan şeyləri şərh etmək artıq olardı.

- Türkiyənin “Göztepe” klubu ilə danışıqlarınız nə yerdədi?
- Heç nə. Onlardan heç bir konkret təklif almamışam. Düzünü deyim ki, heç danışıqlarını davam edib-etmədiyini də bilmirəm.

- Siz özünüz bu kluba keçmək istəyirsiz?
- Mən bunun əleyhinə deyildim. Öz gücümü xaricdə sınamaq istərdim. Birinci liqa da olsa, ordakı komandalar çox güclüdülər. Orda irəli getmək daha asandı.