15 avqust 2012 16:18
APOEL-in baş məşqçisi Neftçinin oyununu izləmək üçün Bakıya gəlir
Xəbər verdiyimiz kimi, Kiprin APOEL klubu Azərbaycan çempionu “Neftçi” ilə Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi komandamızın milli çempionatdakı oyununu izləməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, kiprlilər artıq “ağ-qaralar”ın növbəti oyununu kimin izləyəcəyini də müəyyənləşdiriblər.
Belə ki, “Neftçi”nin Premyer Liqanın üçüncü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəyi oyununu Nikosiya klubunun baş məşqçisi İvan Yovanoviç şəxsən özü izləyəcək.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu avqustun 18-də baş tutacaq.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu avqustun 18-də baş tutacaq.
