15 avqust 2012 19:44
Yığmamızın rəqibinin düşərgəsində qalmaqal
Sentyabrın 7-də DÇ-2014-ün seçmə mərhələsində Bakıda Azərbaycan millisinin qonağı olacaq İsrail yığmasının düşərgəsində qalmaqal baş verib. Azerisport.az xəbər verir ki, bu gün baş tutacaq Macarıstanla yoxlama oyunu ərəfəsində İsrail yığmasının baş məşqçisi Eli Qutman Almaniyanın “Nurnberg” klubunda çıxış edən Almoq Koeni millinin heyətindən kənarlaşdırıb.
Eli Qutman bildirib ki, buna taktiki leksiya zamanı Koeinin “özünü yaxşı aparmaması” səbəb olub. Planlaşdırmaya qədər Koeinin əsas dayaq müdafiəçisi kimi meydana çıxacağı gözlənilirdi. Lakin düşərgədəki qalmaqaldan sonra Qutman Koeini komandadan qovmalı olub.
Qeyd edək ki, İsrail DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanın ilk rəqibidi.
