15 avqust 2012 20:24
Aylton Neftçiyə qarşı oynaya biləcək?
Kiprin APOEL klubu Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Azərbaycan çempionu “Neftçi” ilə oyunlar öncəsi əsas hücumçusu Ayltonun xidmətindən yararlana bilər. Azerisport.az xəbər verir ki, bu barədə braziliyalı futbolçu özü məlumat verib.
Qeyd edək ki, 28 yaşlı futbolçu komandasının daha beş üzvü ilə birgə həkimlər tərəfindən müalicə olunanlar siyahısındaydı. Amma o, artıq fərdi məşqlərə başlayıb. Jurnalistlərlə söhbətində Aylton tezliklə komanda ilə birgə məşqlərə başlayacağını bildirib.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada baş tutacaq və start fiti 23:00-da çalınacaq.
