15 avqust 2012 20:35
“Azərabycanla oyundan razı, nəticədən narazıyam”
Futbol üzrə Bəhreyn yığmasının baş məşqçisi Piter Teylor Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları görüşdən sonra bunları dilə gətirib:
“Sərgilədiyimiz oyundan razıyam, amma nəticədən yox. Əlbəttə, müdafiə xəttimiz zəif təsir bağışladı. Çoxlu səhvlər buraxırdılar. Amma qapıçımıza əhsən! O, hətta penaltini də dəf etdi. Hansı ki, fikrimcə, həmin epizodda heç penalti yox idi. Hazırda Ramazan ayı olduğunu, bəzi futbolçularımızın oruc tutduğunu, isti hava şəraitini, mövsümün hələ başlamamasını nəzərə alsaq, bizim üçün heç də hər şeyin pis olduğunu demək olmaz. Rəqib komandanın heyətində kimisə fərqləndirə bilmərəm. Çünki mən ancaq öz komandamın çıxışını izləyirdim”.