15 avqust 2012 20:43
Rəşad Sadıqov: İsrailə qarşı başqa cür oynayacağıq
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Bəhreynlə yoldaşlıq matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“İsti bizə çox təsir edirdi. Belə havada oynamaq çox çətindi. Elə qazonun da vəziyyəti yaxşı deyildi. Bütün bu amilləri nəzərə alsaq, hesab edirəm ki, komandamızın oyunu kifayət qədər yaxşı alındı. Amma seçmə mərhələdəki ilk rəqibimiz olan İsrailə qarşı fərqli oynayacağıq”.